Peruda arxeoloji qazıntılarda eramızın 900-1200-cü illərinə aid mumiyalanmış skeletlər tapıldı.
Medianews.az xəbər verir ki, Perunun Lima yaxınlığındakı San Juan de Luriqanço bölgəsindəki Cajamarquilla qazıntı sahəsində aparılan arxeoloji işlər nəticəsində eramızın 900-1200-cü illərinə aid olduğu güman edilən mumiyalanmış skelet qalıqları aşkar edilib.
Zəngin arxeoloji irsi ilə tanınan Cajamarquilla bölgəsində tapılan skelet qalıqlarının Peru tarixində Moche sivilizasiyasının tənəzzülü ilə İnka İmperiyasının yüksəlişi arasında yaşamış şəxslərə aid olduğu güman edilir.
Fərid Abbas
Medianews.az