Bakı-Qazax yolunda iki mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası olub.
Azmedia.Az-ın bölgə bürosunun məlumatına görə hadisə, az öncə Ucarın Alpı kəndi yaxınlığından keçən hissəsində baş verib.
Sərnişin daşıyan mikroavtobusun, digər mikroavtobusla toqquşması nəticəsində ilkin məlumata görə yaralananlar olub.
Sürücünün yanında əyləşən bir sərnişin isə oturacağa sıxılmış vəziyyətdə qalıb.
Faktla bağlı araşdırma başlanıb.