“Rusiya prezidenti Vladimir Putin bu əsrin ən böyük adamlarından biridir”.
Medianews.az xəbər verir ki, bu sözləri ABŞ dəniz kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Tour of Duty” YouTube kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, insanlar bu əsrin tarixini dəyərləndirəndə Vladimir Putinin adı hamıdan yüksəyə qalxacaq .
O, bunu Putinin 20-ci əsrin 90-cı illərinin çətin vaxtlarından sonra Rusiyanı xilas etməsi ilə izah edib.
Keçmiş hərbçi vurğulayıb ki, Rusiya dövlətinin başçısı tarixin düz tərəfindədir.
Putinin sayəsində Rusiya Federasiyası indiki dünya səviyyəsindədir, deyə fikirlərini yekunlaşdırıb.
Medianews.az