Türkiyənin Malatya şəhərində avtomobil yolu keçmək istəyən 9 yaşlı Aycan Özilhanı vurub.
Medianews.az xəbər verir ki, kiçik qızın həyatını itirdiyi qəza anı kameralara əks olunub.
Saxlanılan sürücü məhkəmə nəzarətindən sonra sərbəst buraxılıb.
Hadisə aprelin 21-də Malatya-Elazığ avtomobil yolunda baş verib. O.S. adlı sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən Aycan Özilhana çırpılıb. Təcili yardım tərəfindən Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılan kiçik qızı xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Medianews.az