Malatyada baş verən zəlzələlərdə böyük ziyan görən 6 mərtəbəli yaşayış binası uçub.
Medianews.az xəbər verir ki, hadisədən sonra bölgəyə polis və xilasetmə qrupları sövq edilib.
Qruplar tərəfindən aparılan araşdırmada 6 mərtəbəli binanın dağıntıları arasında heç kimin tapılmadığı müəyyən edilib. Polis dağıntıların ətrafına zolaq çəkərək təhlükəsizlik tədbiri görüb. Digər tərəfdən uçan binanın bəzi hissələri bitişik binanın divarına da ziyan vurub.
Qapının tıxanması nəticəsində binada qalan 4 nəfər qrupların müdaxiləsi ilə çıxarılıb. Qorxmuş sakinlər ehtiyat tədbiri olaraq xəstəxanaya göndərilib. Şəhərin valisi Hulusi Şahin də bölgəyə gələrək əraziyə baxış keçirib.
O, jurnalistlərə açıqlamasında uçan binanın zəlzələdə böyük ziyan gördüyünü bildirib.
Aytac Şahin
Medianews.az