Kanadalı aktyor Sent Von Koluççi son bir ildə keçirdiyi 12 plastik əməliyyatın yaratdığı fəsadlardan dünyasını dəyişib.
Medianews.az Daily Mail -ə istinadla xəbər verir ki, 22 yaşlı gəncin Koreyanın BTS qrupunun müğənnisinə oxşamaq istəyi onun ölümünə səbəb olub.
Belə ki, Vaughn Colucci xarici görünüşünün korreksiyasına 220 min dollar xərcləyib. O, üz gərmə, rinoplastika, qaş qaldırma, dodaq kiçiltmə və hətta çənə implantları ilə üz şəklini dəyişdirmə əməliyyatı etdirib.
Bu yaxınlarda onları çıxarmaq qərarına gələn müğənni infeksiya səbəbindən huşunu itirib və bir neçə saat sonra Cənubi Koreya xəstəxanasında dünyasını dəyişib.
Aktyorun agenti Erik Bleykin sözlərinə görə, müğənni 2019-cu ildən Cənubi Koreyada yaşayır.
Gənc yerli ulduz olmaq arzusunda idi, lakin görünüşü ilə bağlı kompleksləri var idi. Buna baxmayaraq, o, hətta keçən il baş rollardan birini canlandırdığı səkkiz seriyalı “Gözəl yalanlar” Koreya serialının çəkilişlərində iştirak edib.
Medianews.az