Türkiyənin Dənizli vilayətində zooparkda dəvə ona yaxınlaşan uşağı ağzı ilə boynundan tutub havaya qaldırıb.
Medianews.az xəbər verir ki, atası tərəfindən xilas edilən uşağın boyun və başı arasında yumşaq toxumaların zədələndiyi bildirilib.
Hadisədən sonra azyaşlı uşaq müalicə olunub. Hadisəni başqa bir ziyarətçi mobil telefon kamerası ilə lentə alıb.
Medianews.az

