Türkiyənin Çorum şəhərində iki avtomobili toqquşub.
Medianews.az xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələrində olan 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Toqquşmanın təsirindən yoldan çıxan avtomobil istinad divarına çırpılaraq dayanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə jandarma, sağlamlıq və xilasetmə qrupları sövq edilib.
Yaralılar sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb. Yanğınsöndürənlər yolda təmizləmə işlərinə başlayıblar.
Medianews.az