Bakıda 41 yaşlı kişi qətlə yetirilib.
Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 23-ü saat 20 radələrində paytaxtın Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 41 yaşlı Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.