Ərdahanda Kür çayı ətrafında otardığı heyvanları xilas etmək üçün qaçan 65 yaşlı Mehmet Arık müvazinətini itirərək suya düşüb. İtən şəxsin axtarışına başlanılıb.
Medianews.az bildirir ki, Mehmet Arıkın Kür çayı ətrafındakı otlaqlarda otardığı heyvanlar suya girib. Heyvanlarının suya girdiyini görən Arık onların qarşısını almaq istəyərkən müvazinətini itirərək çaya düşüb. Arık suya düşərək itib. Bu barədə xəbərdar edilərək bölgəyə sağlamlıq, jandarma və xilasedici qruplar sövq edilib.
Xəbərdarlıq ilə bölgəyə çatan qruplar Mehmet Arık üçün axtarış başlatdı. Komandaların başladığı işlər davam edir.
Medianews.az