Cənub-Şərqi Asiya ölkəsi Myanmanın mərkəzi hissəsində tornado baş verib.
Medianews.az xəbər verir ki, Naypyidaw Union rayonunun Lewe kəndlərinə təsir edən tornado 200-dən çox evə ciddi ziyan vurub.
Polisin verdiyi məlumata görə, 6 nəfər həyatını itirib, 109 nəfər yaralanıb. Yaralılardan 16-nın vəziyyətinin ağır olduğu bildirilib. Xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Fərid Abbas
Medianews.az