Tayvan və Çin arasında müharibə riski günü-gündən artır. Tayvan tarix verərək 2027-ci ildə Çinlə mümkün münaqişə barədə xəbərdarlıq edib. Adada döyüşə hazırlıq təlimləri keçirilir.
Medianews.az bildirir ki, ABŞ kəşfiyyatının məlumatına görə, Çin hökuməti orduya 2027-ci ildə Tayvanın ilhaqına hazır olmağı əmr edib.
Çinin xarici işlər naziri Qin Gang “Tayvan Çinə məxsusdur. Qədim zamanlardan Çin ərazisinin ayrılmaz hissəsi olub. Tayvan boğazının hər iki tərəfi eyni Çinə aiddir. Vahid Çin prinsipi ilə bağlı hay-küy salmaq istəyənlər üçün biz çaşqınlıq etməyəcəyik. Tayvan məsələsində odla oynayanlar sonda özlərini yandıracaqlar” deyərək açıqlama verib.
Digər tərəfdən, ABŞ-ın Hind-Sakit Okean qüvvələrinin komandanı açıqlama verib.
Admiral Con Aquilino, “Biz Çinin Tayvana mümkün hücumunun qarşısını almaqla vəzifələndirilmişik” deyən Amerika qüvvələrinin bölgədəki hər cür vəziyyətə hazır olduğunu bildirib.
ABŞ Çinin Tayvan ətrafında keçirdiyi təlimlərə cavab olaraq Tayvanın ərazi sularına üç hərbi gəmi göndərib.
Medianews.az