Bakıda mənzildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Medianews.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.
Saxlanılan qadın polisə ifadəsində bağışlanmasını xahiş edərək bildirib ki, tutulacağını güman etməyib.
“Fikirləşdim ki, bayrama düşür, polis axtarmayacaq”,-deyə saxlanılan qadın bildirib.
Belə düşünən qadını isə polis yanıldıb.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az