Rusiyada yaşayan Roman Fedortsov adlı balıqçı həyatını naməlum canlıları tutmağa həsr edib.
Medianews.az xəbər verir ki, dənizlərin dərinliklərində heç kimin tanımadığı canlıları tutmaq üçün ekspedisiyalar edən Fedortsovun son ovu hamını heyrətə gətirib.
Fedortsovun tutduğu balığı paylaşdığı sosial media paylaşımı qısa zamanda gündəm yaradıb. Hətta onu görənlər real olmadığını iddia edib.
Sosial mediada yarım milyondan çox izləyicisi olan fenomenin bu paylaşımı ciddi müzakirəlrə səbəb olub. İstifadəçilərin əksəriyyəti göstərilən fotoşəkilin rəsm olduğunu iddia edərək, belə bir canlının yaşamasının mümkün olmadığını bildiriblər. Bəzi sosial media istifadəçiləri də dənizin dərinliklərində kəşf olunmağı gözləyən daha çox canlının olduğunu bildirərək Fedortsova dəstək veriblər.
Medianews.az