Adananın Çukurova mahalında AK Partiya (Ədalət və İnkişaf Partiyası) binasına silahlı hücum olub.
Medianews.az xəbər verir ki, hücum anı cib telefonuna çəkilərkən, 1 şübhəli nəzarətə alınıb.
Hadisə bu gün saat 16:00 radələrində baş verib. AK Partiya Çukurova rayon binasının qarşısına gələn silahlı şəxs partiya binasına atəş açıb.
Hücum anı mobil telefonuna çəkilən zaman bir şübhəli saxlanılıb. Saxlanılan 24 yaşlı E.K. hazırda dindirilir.
AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb: “Bütün təşkilatımıza keçmiş olsun”.
Qeyd edək ki, Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ da hadisəni pisləyib.
Medianews.az