Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə , işğala dəstək verməyən rusları öz ölkələrində cəza gözləyir.
Medianews.az xəbər verir ki, Rusiyada 70 yaşlı qadın Ukrayna prezidenti Vladimir Zelenskini “yaraşıqlı gənc” adlandırdığı üçün məhkəmədə cərimələnib.
Belə ki, insan haqları təşkilatı Olqa Slegina adlı qadının Moskvada 5 dəqiqəlik dinləmə zamanı Zelenskinin yaraşıqlı olduğunu söylədiyi üçün 40 min rubl cərimələndiyini bildirib.
O , “Zelenskini tərifləmək və Rusiya ordusunun reputasiyasına hörmətsizlik etmək”də ittiham olunduğu üçün məhkəmədə təqsirli bilinib.
Oxuya bilmədiyi kağıza imza atmalı olduğunu izah edən qadın hadisədən şoka düşdüyünü və nə baş verdiyini anlaya bilmədiyini bildirib.
Qeyd edək ki, Ukraynadakı işğaldan sonra Rusiyada qəbul edilən qanunla Rusiya ordusuna hörmətsizlik edənlərin həbs və pul cəzasına məhkum ediləcəyi nəzərdə tutulur.
Hətta Rusiyada müharibə əleyhinə təşkil olunan nümayişlərdə minlərlə insan saxlanılıb.
Medianews.az