Polşada ördək fermasında quş qripi aşkarlanıb.
Medianews.az xəbər verir ki, fermada yayılan xəstəliyə görə 37 min ördəyin məhv edilməsinə qərar verildiyi açıqlanıb.
Sözügedən hadisə ölkənin qərbindəki Kaliş şəhərinin Oşçeklin kəndindəki fermada baş verib.
Regional baytar Milosz Bakowski, təsərrüfatdakı 29 min ördəyin kəsilməsinə qərar verildiyini açıqlayıb. O
sözügedən kənddən 1 kilometr uzaqlıqdakı Dabrova kəndindəki başqa bir fermada isə 8 min ördəyin də tədbir olaraq kəsiləcəyini bildirib.
Medianews.az