Yol polisi iki avtomobilin onu vurması nəticəsində həlak olub.
Medianews.az xəbər verir ki, hadisə Adananın Ceyhan rayonunda yaşanıb.
Yol-nəqliyyat hadisəsinə müdaxilə edən 53 yaşlı məmur Musa Keskin öncə Əli Can Ç.-nin idarə etdiyi olan 80 FV 377 dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra isə Mehmet O. idarəsindəki 06 BC 2401 dövlət qeydiyyat nişanlı başqa bir avtomobilə çırpılıb.
Həmkarlarının vəziyyəti radio vasitəsilə bildirməsindən sonra qəza yerinə həkim briqadası göndərilib. Ağır yaralanan Keskin aparıldığı xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzadan sonra iki avtomobil sürücüsü saxlanılıb, araşdırmalar davam edir. (DHA)
Aytac Şahin
Medianews.az