Cümə, 9 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Prezident və xanımı Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər – FOTO

LEYLA
20/04/2023 14:53
52
BAXIŞ
FacebookTwitterTelegram

Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub.

Medianews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Bu gün multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dinin abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirak etmələri həm də rəmzi məna kəsb edir.

Qeyd edək ki, “Cümə” məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Qəzalı vəziyyətdə olan iki minarə aparılan işlər çərçivəsində sökülərək yenidən tikilib, məscid binasında bərpa-gücləndirmə işləri yerinə yetirilib, dəstəmazxana binası inşa olunub, zəruri infrastruktur yaradılıb.

Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu da sanballı töhfələr verib.

Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri də ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

X X X

Qeyd edək ki, bu gün qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya, dinin bəzi siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Azərbaycan dövlətinin isə milli-mənəvi dəyərlərin, o cümlədən İslam ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasəti var.

Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimindəki nitqində bununla bağlı deyib: “Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir”.

2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi, ölkəmizin İslam Həmrəyliyi Oyunlarına, eyni zamanda, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumununa, Mədəniyyətlərarası Dialoq Forumları və Bakı Humanitar Forumu kimi dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın həm islam, həm də sivilizasiyalar arası dialoqla qlobal sülhə töhfəsinin ifadəsidir. Bu yanaşma, şübhəsiz ki, İslamın təməl prinsipləri ilə üst-üstə düşür.

DAHA ÇOX OXU

Dünya

Bu yaxın tarixlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ

09/06/2023 20:20
1-MANŞET

Prezidentdən uşaqlarla bağlı – SƏRƏNCAM

09/06/2023 17:20
Dünya

Rusiya bu bölgəni atəşə tutdu – SON DƏQİQƏ

09/06/2023 17:00
1-MANŞET

Azərbaycan Ukraynaya növbəti YARDIM

09/06/2023 16:45
1-MANŞET

Tibb müəssisələrində NÖQSANLAR AŞKARLANDI

09/06/2023 16:29
Dünya

“Sənin üçün ölərəm” deyib, özünü vurdu

09/06/2023 16:10
SON XƏBƏR

Şər bəndənin anti-tolerantlığı

73 yaşlı kişinin bu əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Ruslar Zelenskiyə "Yaraşıqlı" deyən qadına GÖRÜN NƏ ETDİLƏR

Xəbər lenti

Öz dilimizdə namaz qıla bilərik? – İlahiyyatçı AÇIQLADI

09/06/2023 22:20

Dördgünlük iş həftəsi özünü doğruldacaq? – VİDEO

09/06/2023 21:59

Bakıda aptekə basqın olub, satıcıya bıçaqla zor tətbiq edilib

09/06/2023 21:40

Rəşad Dağlı: “İskəndər dedi ki, 6 min manat ver, söhbət heç yerdə yayılmasın”

09/06/2023 21:20

Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT- FOTO

09/06/2023 20:59

Xersonda azərbaycanlılara məxsus evlər su altında qalıb – VİDEO

09/06/2023 20:40

Bu yaxın tarixlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ

09/06/2023 20:20

Bu şəxslərin maaşları artırıldı – RƏSMİ

09/06/2023 19:59

Azər İsrafilov həbsdə intihara cəhd edib? – Rəsmi açıqlama

09/06/2023 19:40

Günel Eminli vəfat etdi – FOTO

09/06/2023 19:31

Orxan Fikrətoğluna yeni VƏZİFƏ VERİLDİ

09/06/2023 19:20

Bakıda inək prospekti bir-birinə qatdı – VİDEO

09/06/2023 18:59

Maaşlar yenidən artacaq – ŞAD XƏBƏR

09/06/2023 18:40

Azərbaycanda məktəbdə biabırçı olay: Direktor şagirdlərin fotosunu çəkib paylaşdı – FOTO

09/06/2023 18:20

Xatirənin vannadakı görüntüləri müzakirələrə səbəb oldu – VİDEO

09/06/2023 17:59

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ – Sabahdan…

09/06/2023 17:40

Prezidentdən uşaqlarla bağlı – SƏRƏNCAM

09/06/2023 17:20

Rusiya bu bölgəni atəşə tutdu – SON DƏQİQƏ

09/06/2023 17:00

Azərbaycan Ukraynaya növbəti YARDIM

09/06/2023 16:45

Tibb müəssisələrində NÖQSANLAR AŞKARLANDI

09/06/2023 16:29

“Sənin üçün ölərəm” deyib, özünü vurdu

09/06/2023 16:10

Təslim olan PKK terrorçularının ŞOK GÖRÜNTÜLƏRİ – Acından bağırsaqları deşilib (VİDEO)

09/06/2023 15:59

Demet Özdemir bu ölkənin vətəndaşı olmağa hazırlaşır – FOTOLAR

09/06/2023 15:55

Sahibsiz iti avtomobili ilə əzdi, dəfələrlə üstündən keçdi – VİDEO 23+

09/06/2023 15:50

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.