Çərşənbə axşamı, 6 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nərminin nənəsi İlkin Süleymanovun məhkəməsində dindiriləcək

LEYLA
20/04/2023 21:07
82
BAXIŞ
FacebookTwitterTelegram

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin bir neçə yüksək rütbəli şəxsin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətləri müzakirə olunub.

Vəkillər hesab edir ki, cinayət işi ilə bağlı obyektiv hökm çıxarılması üçün Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Baş Prokurorluğun İstintaq İdarəsində bu cinayət işinin istintaqını aparmış müstəntiq Nadir Mirzəyevin, Tovuz rayonunun keçmiş polis rəisi Şirzad Əsgərovun məhkəmədə dindirilməsi lazımdır.

Vəkillər deyib ki, istintaq zamanı müxtəlif ifadələrdə həmin şəxslərin adı hallanıb.

Məhkəmə adıçəkilən şəxslərin heç birinin dindirilməsinə ehtiyac görməyib.

Müdafiə tərəfinin digər vəsatəti isə Nərminin əmisi oğlu Ruslan Quliyevin dindirilməsi idi. Vəkillər deyib ki, azyaşlı yoxa çıxan vaxt onun harada olmasıyla bağlı ziddiyyətli ifadələr var. Məhkəmə bu şahidlə bağlı vəsatəti də təmin etməyib.

Müdafiə tərəfi ümumilikdə 20-yə yaxın vəsatət qaldırıb.

Onların yalnız Nərmin Quliyevanın ana nənəsi Minayə

İsmayılovanın və qanla bağlı rəy vermiş ekspert Elşən Məmmədovun dindirilməsi haqda vəsatətlər təmin olunub. Nərminin nənəsi Minayə Quliyeva ibtidai istintaq zamanı dindirilsə də, məhkəmədə şahid kimi tanınmayıb. İlkin Süleymanovun vəkilləri bildirib ki, Minayə Quliyeva əsas şahidlərdən biri olub, işlə bağlı mühüm ifadə verib.

Vəkillər əksər vəsatətlərinin təmin olunmaması ilə bağlı yazılı şəkildə etiraz vermək üçün vaxt istəyib.

Bu səbəbdən proses aprelin 26-na kimi təxirə salınıb.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

DAHA ÇOX OXU

export

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42
export

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01
export

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13
export

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00
1-MANŞET

SON DƏQİQƏ – Koroğlu metrosu yaxınlığında intihara cəhd (VİDEO)

06/06/2023 18:24
export

Aysun son hadisələrdən danışdı: “Yaşadıqlarımı yaşayasınız”

06/06/2023 17:35
SON XƏBƏR

Türkiyədə hakim partiyanın qərargahı belə atəşə tutulub - ANBAAN VİDEO

Quş qripi kabusu geri dönür: 37 min ördək məhv ediləcək

'Süni intellekt' Türkiyədə də xəbər təqdim etməyə başladı - İnanılmaz GÖRÜNTÜLƏR

Xəbər lenti

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42

Azərbaycanda məktəbli qız qaçırıldı

06/06/2023 22:15

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

06/06/2023 21:50

“Peyğəmbərəm” deyib qətl törətdi, indi də yoxa çıxıb – VİDEO

06/06/2023 21:30

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13

Eldar Əzizovdan Bakıda söküləcək binalar haqqında VACİB AÇIQLAMA

06/06/2023 21:10

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00

Mövqelərimiz atəşə tutuldu

06/06/2023 20:50

Eldar Əzizovdan qəzalı binalarla bağlı AÇIQLAMA

06/06/2023 20:40

Azərbaycan və Avstriya xarici işlər nazirləri arasında görüş başlayıb

06/06/2023 20:33

Həmin şəxs körpüdən belə düşürüldü – Video

06/06/2023 20:30

Xalq artisti qızının şad xəbərini paylaşdı – FOTOLAR

06/06/2023 20:10

Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istəyən qadın saxlanılıb

06/06/2023 19:48

SON DƏQİQƏ – Koroğlu metrosu yaxınlığında intihara cəhd (VİDEO)

06/06/2023 18:24

Zaur Kamal: “Rəksanəni palçıqdan Fazil çıxartdı” – VİDEO

06/06/2023 18:06

“Aylarla mənə 101 gül göndərirdi” – Çiçək – VİDEO

06/06/2023 17:49

Aysun son hadisələrdən danışdı: “Yaşadıqlarımı yaşayasınız”

06/06/2023 17:35

Lisey və gimnaziyalara ərizə qəbulu yekunlaşdı

06/06/2023 17:30

Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”

06/06/2023 16:47

İki qadın ölmüş maralları çiy-çiy yedi – ŞOK GÖRÜNTÜLƏR

06/06/2023 16:24

Dünya rekordunu təzələdi

06/06/2023 16:07

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51

Bu görüntülər böyük səs-küyə səbəb oldu

06/06/2023 15:46

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.