“Aşk-ı Memnu”da canlandırdığı Süleyman Əfəndi obrazı ilə Türkiyədə məşhurlaşan Rana Cabbar 78 yaşında dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, Rana Cabbar bir müddət əvvəl xəstələnərək Taksim İlk Yardım Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Edilən müdaxilələrə baxmaraq aktyor vəfat edib.
Rəna Cabbar 1945-ci ildə İstanbulda anadan olub. Sonrakı illərdə Ankarada məskunlaşıb və Ankara İncəsənət Teatrının yaradılmasında iştirak edib.
Uzun müddət AST-də aktyorluqdan sonra müxtəlif teatrlarda da çalışıb.
Tanınmış aktyor , teatrla yanaşı, kinoda da çalışıb.