Dənizlinin Honaz rayonunda oğurluq hadisələrinin artmasının ardından hərəkətə keçən Jandarma Cinayət Axtarış Qrupu (JASAT) və Honaz İlçe Jandarma Komandirliyi qrupları, şübhəlini eyni məhəlləyə geri dönərkən yaxalayıb.
Kaklık məhəlləsində təxminən bir ay əvvəl 3 iş yerinin PVC qapılarını buraçla açaraq qarət edən 73 yaşlı A.K. yenə eyni iş yerlərində oğurluq etmək istəyib.
Şikayətlər əsasında bölgədəki təhlükəsizlik kamerası qeydlərini araşdıran JASAT, üzünü yaylıq ilə bağlasa da, şübhəlinin şəxsiyyətini müəyyənləşdirə bilib. Həmin iş yerlərinə gələn şübhəli şəxsi gözləyən CASAT əməkdaşları saxlayıb.
Araşdırma zamanı şübhəlinin 26 cinayət qeydi aşkarlanıb. Onun eyni üsulla müxtəlif şəhərlərdə oğurluq cinayətləri törətdiyi aşkarlanıb. Türkiyə ətrafında avtostopla gəzən şübhəlinin Samsun, Bursa, Muğla, Kocaeli, Ordu, Mersin, Ankara, Antalya, Ədirnə və Tekirdağda da oxşar oğurluqlar törətdiyi məlum olub.
Aytac Şahin
Medianews.az