Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.
Medianews.az xəbər verir ki, səlahiyyətlilər dünən günortadan sonra “Pekin Changfing” xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyünü bildirib.
Yanğının baş verdiyi xəstəxanada ambulator xidmətlər dayandırılıb. Bundan başqa, xəstəxananın bağlı olduğu şirkətin səhm əməliyyatları dayandırılıb.
Dünən günorta saatlarında baş verən yanğından sonra bölgəyə yanğınsöndürənlər, sağlamlıq və təcili yardım qrupları göndərilib, 71 xəstə xilas edilərək təxliyə edilib.
Yanğın zamanı tüstü içində xəstəxana binasının pəncərələrindən çarşaflarla asılan və binanın divarına qədər uzanan pilləkənlərə çıxmağa çalışan insanların görüntüləri sosial mediada yayılıb.
Yanğının səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az