Uşaq pedofilin çirkin əməlini telefon vasitəsi ilə lentə alaraq onu ifşa edib.
Medianews.az Mash teleqramına istinadla bildirir ki, hadisə Rusiyada kəndlərdən birində baş verib.
Belə ki, 60 yaşlı məktəb avtobusunun sürücüsü iki il ərzində azyaşlı oğlanlara təcavüz edib.
Onun bu çirkin əməlinin üstü isə video görüntü yayıldıqdan sonra açılıb. Zərərçəkənlərdən biri özünü sərxoş kimi göstərərək cinayət anını lentə alıb.
Həmin video tez bir zamanda insanlar arasında yayılıb. Həmin video əsasında cinayətkar həbs edilib.
Bildirilib ki, cinayətkar qurbanlarını bahalı hədiyyələrlə cəlb edərək ,öz çirkin əməlini törədirib.
Valideynlər polislər tərəfindən həbs olunan caninin ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.
Medianews.az