“Dünya Amerikaya nifrət edir”.
Medianews.az “ Aydınlık” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir bildirib ki, Amerika öz nüfuzunu itirməkdə davam edir və bütün dünya Amerikaya nifrət edir.
Soylu vurğulayıb ki, Avropa Amerikanın Afrikadakı piyadasıdır:
“Afrikadakı bütün ölkələr onları istismar edən dövlətlərə nifrət edir və Avropa isə Vaşinqtonun əlində piyadadır”.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Rusiyaya nifrətindən kor olduğunu bildirib.
Medianews.az