Cümə axşamı, 25 Aprel 2024

Samirə Yusifqızı: “Gözümün qabağında xəyanət edib, göz yummuşam” – VİDEO

“100 kişidən 90-ı mütləq bir ya iki dəfə xanımına xəyanət edir”.  

Medianews.az xəbər verir ki, bu sözləri müğənni Samirə Yusifqızı deyib.

“A star” layihəsinə qonaq olan sənətçi xəyanətdən danışıb. Yusifqızı kişinin xəyanətini qadınların adi hal kimi qəbul etməli olduqlarını bildirib:

“Belə deyirlər ki, kişi ayağını qapıdan çölə qoydusa subaydır. Qadın keçməlidir. Əgər ailə naminə ailə qurmusansa, ailəni qorumaq istəyirsənsə, bunu etməlisən. Yoxsa kef görmək xatirinə evlənmisənsə, həmin adam hər şeyi problem edə bilir. Biz bəyəm xəyanət görməmişik? Gözümün qabağında xəyanət edib. Göz yummuşam. Guya ki, görməmişəm.

Özümü görməməzliyə qoymuşam. Acığ edib atamgilə getmişəm. Atam deyib necə gəlmisənsə elə də qayıt get. Kişidir. Harada getsə axşam evinə qayıdıb gələcək. O, son məqamda qadının yanına gələcək. Qırağa getdikcə o, xanımının qədrini daha yaxşı biləcək. Ona qalan xanımı olacaq”.

DAHA ÇOX OXU

Xəbər lenti