Braziliyalı 30 yaşlı sosial media fenomeni nadir bir xəstəliyə yoluxub.
Medianews.az xəbər verir ki, Lilian Melchert adlı fenomen dözülməz ağrılar içində yuxusundan oyandıqdan sonra olduqca nadir bir xəstəlik keçirdi.
Gözündə şişlik, ağrı, və qanaxma problemi yaşayan Melchert həkimə müraciət edərək bunun ət yeyən bakteriya olduğunu öyrənib.
TikTok-da 2,9 milyon izləyicisi olan braziliyalı sosial media fenomeni Lilian Melchert kontakt linzalardan istifadə etdikdən sonra sol gözündə ət yeyən bakteriya əmələ gəldiyini açıqladığı videosu ilə diqqət çəkib.
Medianews.az