Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələ zamanı böyük zərər görən Kahramanmaraşda “Azərbaycan küçəsi”nin yenidən qurulmasına 100 milyon dollar ayırıb.
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev bildirib ki, Prezidentimiz Kahramanmaraş üçün 100 milyon dollar ayırıb.
Adil Əliyev qeyd edib ki, Türkiyənin sağlamlığı bizim sağlamlığımız, Türkiyənin quruculuğu bizim quruculuğumuzdur.
Qarabağın erməni işğalından azad edilməsində Türkiyənin dəstəyinə də diqqət çəkən İlham Əliyev vurğulayıb ki, millətimiz hər zaman bir var olacaq:
“Millətimizi, qardaşlığımızı sevməyən çoxlu dövlətlər var. Amma biz onlara qarşı bir millət kimi dayanmağı bacarmalıyıq”.
Medianews.az