Rusiya prezidenti Vladimir Putin “Dnepr” qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahına baş çəkib.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.
“Prezident Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskinin, Dnepr qoşunlar qrupunun komandanı, general-polkovnik Oleq Makareviçin məruzələrini dinləyib”, – məlumatda qeyd olunub.
Digər hərbi rəhbərlərin də məruzələri dinlənilib.
Daha son Putin “yerli sakinlər”lə şəkil çəkdirib.