“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”.
Medianews.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün çalışır:
“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.