Türkiyənin Konya şəhərində cinsi zorakılıq məsələsinə görə düşmənçilik etdiyi qonşularından birini öldürən digərini isə yaralayan şübhəlinin görüntüləri yayılıb.
Medianews.az xəbər verir ki, hadisənin görüntüləri saniyə-saniyə kameralara əks olunub.
Hadisə, dünən axşam saat 17.00 radələrində meydana gəlib. İddiaya görə, Ərcüment Atçı və Həsən L. cinsi zorakılıq məsələsinə görə düşmənçilik edən qonşuları Sadık P. və oğlu Volkan P. ilə görüşüb. Tərəflər arasında mübahisə yaranıb. Mübahisə böyüyərkən Sadıq P. yanında olan tapança ilə Ərcüment Atçı və Həsən L.-yə atəş açıb. Şübhəli ata-oğul daha sonra hadisə yerindən qaçıblar.
Başından yaralanan Ərcüment Atçı aparıldığı xəstəxanada həyatını itirib, ayağından yaralanan Həsən L.-nin müalicəsinin davam etdiyi bildirilib. Şübhəlilər Volkan P. və atası Sadık P. cinayət silahı ilə birlikdə polis qrupları tərəfindən tutularaq nəzarətə alınıb.
Medianews.az