İtaliyanın Alp dağlarında Kaldes şəhəri yaxınlığında Andrea Papi adlı idmançı məşq edərkən ayının hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, ayı meşəlik ərazidə hücum edərək idmançını öldürüb.
Bu dəhşətli hadisədən sonra ayının öldürülməsi ilə bağlı müzakirələr səngimək bilmir. Heyvan hüquqları müdafiəçiləri və Papinin ailəsi ayının öldürülməsini istəmir. Lakin ayı ilə bağlı son qərarı məhkəmə verəcək.
İtaliya mətbuatı bunu İtaliyada müasir dövrdə ilk dəfə olaraq ayının bir insanı öldürdüyü hadisə kimi nəşr edib. Sözügedən ayının 2020-ci ildə də eyni şəkildə həmin ərazidə gəzən 2 nəfəri yaraladığı qeyd olunub.
Medianews.az