Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yaşadığı mənzildə 15 pişiyi bəslədiyi üçün qonşuları ilə dava saldığı haqqında xəbərlər yayılıb.
Medianews.az xəbər verir ki, aktrisa sözügedən iddiaları təkzib edib.
Sosial media hesabından yazılı açıqlama verən aktrisa “Mən heç kimlə dava etməmişəm, amma bildirmək istəyirəm ki, uşağa və heyvana qarşı zorakılıq, pis rəftar qarşısında hər zaman mövqe tutacağam”,-deyə bildirib.
Medianews.az