Türkiyədə ata oğlunu qətlə yetirib.
Medianews.az xəbər verir ki, hadisə İzmir şəhəri, Bayraqlı rayonunda baş verib. Belə ki, 36 yaşlı Hasan Hüseyn Kaya ilə onu işə getməsi üçün oyandırmaq istəyən atası arasında mübahisə olub. Nəticədə 72 yaşlı ata doğma övladını ov tüfəngi ilə qətlə yetirib.
Hadisə yerinə polis və təcili tibbi yardım göndərilib. Həkimlərin müayinəsi zamanı öz atası tərəfindən vurulan Həsən Hüseyn Kayanın öldüyü müəyyən edilib.
Cinayət şübhəlisi ata dindirilmək üçün polis bölməsinə aparılıb, hadisə ilə bağlı istintaq davam edir.
Fərid Abbas
Medianews.az