ABŞ Türkiyə ilə bağlı F-16 qərarını təsdiqləyib.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti Konqresə məlumat verib.
Belə ki, mövcud F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqlənib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken keçən ay verdiyi açıqlamada Türkiyənin NATO üçün əhəmiyyətli olan yeni F-16 döyüş təyyarələri və mövcud F-16 donanması üçün modernləşdirmə dəstləri alması lazım olduğunu bildirmişdi.
Aytac Şahin
Medianews.az