Sahibsiz it sürüsü dostu ilə evinin yaxınlığında oynayan doqquz yaşlı uşağa hücum edib.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Orenburq şəhərində baş verib.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qurum rəsmisi bütün bələdiyyə işçilərinə dərhal ərazilərdə araşdırma aparmağı və baxımsız qalan bütün itləri tutmağı tapşırıb.
Faktla bağlı cinayət işi açılıb.
Medianews.az