Ermənistanda “İctimai Səs” partiyasının şura sədri Artak Qalstyan saxlanılıb.
APA News.am-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
O, detalların tezliklə açıqlanacağını bildirib.
Xatırladaq ki, bu partiya keçmiş polis əməkdaşı Vardan Qukasyanla bağlıdır.