Meksikanın Quanaxuato əyalətindəki istirahət şəhərciyində silahlı hücum baş verib.
Medianews.az xəbər verir ki, səlahiyyətlilər, hücumun 20 nəfərlik silahlı qrup tərəfindən həyata keçirildiyini bildiriblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə istirahət edən insanların təşviş içində ətrafa qaçmaları əks olunub.
Hücumun baş verdiyi Kortazar Bələdiyyəsindən verilən açıqlamada polisin hadisə yerində üç kişi, üç qadın və bir uşağın cəsədini tapdığı bildirilib. Hücumdan bir nəfərin ağır yaralı sağ qaldığı bildirilib.
Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb. Təhlükəsizlik rəsmiləri hücum edənlərin qaçdığını və təhlükəsizlik kameralarını da özləri ilə apardıqlarını bildiriblər.
Fərid Abbas
Medianews.az