Əfsanəvi caz pianoçusu Əhməd Camal 92 yaşında vəfat edib.
Medianews.az The New York Times – a istinadla bildirir ki, pianoçu Ashley Falls şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Əhməd Camal 1930-cu il iyulun 2-də anadan olub. Üç yaşından pianoda ifa etməyə başlayıb. Camal ilk tammetrajlı albomunu 1955-ci ildə yazdırıb və üç il sonra çıxan ikinci albomu ona böyük məşhurluq gətirib.
O, iki ildən çox Billboard siyahılarında qalıb.Bu isə caz diskləri üçün nadir hal idi.
Ümumilikdə Camal karyerası ərzində 60-a yaxın albom yazdırıb.
Rejissor Clint Eastwood “The Bridges of Madison County” filminə pianoçunun iki mahnısını daxil edib.
Medianews.az