Çərşənbə, 7 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Arzuları “reallaşdıran” rəqəmlər: Kainat bizimlə necə əlaqə saxlayır?

ZARA
17/04/2023 07:17
37
BAXIŞ
FacebookTwitterTelegram

Bəzən insanların planlarını, addımlarını hansısa rəqəmlərlə bağlı inanclarla əlaqələndirməsinin şahidi oluruq. Bəzən hansısa bir rəqəmi yazıb iş masasının üstünə qoyurlar. Hansısa bir rəqəmin onlara uğur və ya uğursuzluq gətirəcəyinə inanırlar. Götürək elə “13” rəqəmini. İnsanların çoxu ona “nəhs” damğası vurub qaçırlar. Amma “7” rəqəmini müqəddəs bilirlər. Rənglərin, musiqi notlarının, həftənin günlərinin 7 olmasını xüsusi qeyd edirlər. “4” rəqəmi də az dəbdə deyil. İlin 4 fəsli, həyatın 4 ünsürü, dünyanın 4 bucağı… Bu, bəlkə də, elə tarix, təqvim, rəqəmlər yaranandan belədir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İndi isə doğum tarixinin rəqəmlərinə görə həyatlarını quranların sayı durmadan artır. Bəs bu, nədir belə? Bununla “numerologiya” adlanan ayrıca bir “elm” məşğul olur. Onun tarixi çox qədimdir. İudaizm, xristianlıq, hətta qədim şərq mədəniyyətində numerologiyadan geniş istifadə edilirdi. Müasir dövr numerologiyasında isə insanın doğum tarixi analiz olunur. Sözləri aydınlaşdırmaq, təfsir etmək üçün hər bir hərfə rəqəm uyğunlaşdırırlar.

Numeroloq Nuranə Camal deyir ki, numerologiya rəqəmləri, onların insanlara və ətrafdakı dünyaya təsirini öyrənir:

“Numerologiyanın haradan və necə meydana gəldiyi elm dünyasına sirr olaraq qalır. Bəzi mənbələrdə bu elmin kökünün Qədim Misir, Babil və şumerlərə dayandığı gostərilir. Ancaq təxminən e.ə. 2500-cü illərdə yunan filosofu Pifaqor yaratdığı Pifaqor teoremi ilə bir fikir irəli sürərək rəqəmlərin insan həyatında fərqli baxış yaratmasına səbəb oldu. Kainatda hər şeyin öz sayı qədər titrədiyini və hətta planetlərin öz tezliklərində əks-səda doğurduğunu bildirdi. Dünyadakı bütün cisimlər və canlılar, o cümlədən bədənimizin hər bir hüceyrəsi özünəməxsus titrəşimə malikdir. Biz də yaxşı və pis düşüncələrimiz nəticəsində bədənimizdən yaydığımız titrəyişlərlə kainatdakı hər şeylə əlaqə saxlayırıq. Bu, mahiyyət etibarı ilə kainatın bizimlə ünsiyyət qurması üçün bir vasitədir. Kainatın eşidilən səsi yoxdur, bu səbəbdən bizimlə birbaşa əlaqə saxlamaq üçün çox vaxt rəqəmlər şəklində işarələrdən istifadə edir”.

“İnsanların doğum tarixləri onların titrəşim və tezliklərini yaradır”, – deyir Nuranə xanım:

“Doğum tariximiz bizə 8 rəqəmdən ibarət barkod verir. Fərdə məxsus bu 8 rəqəm vasitəsi ilə arzularımızın titrəşim gücünü daha tez yarada, şans, uğur və pul rəqəmlərimizi müəyyən edə bilərik”.

Müsahibimizin sözlərinə görə, dünya tarixində kəşfləri ilə yadda qalan Nikol Tesla rəqəmlərin düzgün titrəşim gücündən istifadə edərək ortaya bir çox ixtiralar qoyub:

“Əgər 3, 6 və 9 rəqəmlərinin möhtəşəmliyini və əhəmiyyətini bilsəydiniz, kainatın qapılarını açacaq bir açarınız olardı”. Tesla rəqəmlərin gücünü bu cür ifadə edirdi. Bəs biz 3, 6, 9 rəqəmlərinin titrəşimini öz həyatımızda necə tətbiq edə bilərik? Gerçəkləşməyini istədiyimiz arzu və niyyətlə bağlı sadə, anlaşıqlı dildə bir cümlə seçməliyik. Məsələn, “həyatın bütünü mənə sevinc və rahatlıqla gəlir”. Hər gün səhər yuxudan oyananda arzunuzu bir vərəqə 3, günorta 6 və yatmazdan əvvəl 9 dəfə yazmalısınız. Bunu 3, 6 və ya 9 gün ardıcıl etməlisiniz”.

Numeroloq xanım qeyd edir ki, rəqəmlər vasitəsi ilə tətbiq edilən fəndlərdən biri də 5/55 texnikasıdır:

“Dəqiq və anlaşıqlı bir cümlə seçirik və həmin cümlənin əvvəlinə “anbaan” sözünü əlavə edirik. Məsələn, arzumuz qırmızı rəngdə maşına sahib olmaqdırsa, biz cümləmizi bu cür seçirik: “Anbaan qırmızı maşına sahibəm”. Bu cümləni 5 gün eyni saatda və ara vermədən 55 dəfə yazmalıyıq”.

Nurana xanım güzgü effektli və ya cüt rəqəmlərlə bağlı da çox maraqlı məqamlar söylədi:

“İnsanlar çox vaxt bu cür rəqəmlərlə rastlaşdıqlarını deyirlər. Kainat bu rəqəmlər vasitəsi ilə insanlara mesajlar ötürür. “11”, “22” və “33” rəqəmləri numerologiyada “ustad rəqəmlər” sayılır. “11-11” aydınlanma, mənəvi kəşf, ruhun yeni başlanğıc və dönüşüm yoluna hazır olduğunu göstərən çox yüksək titrəşim nömrəsidir. “22-22” rəqəminin bizə mesajı nədir? Bu rəqəmi görürsüzsə, o sizə istədiyiniz həyatı və ya arzuladığınız nəticələri yarada biləcəyinizi xatırladır. Həmin vaxt arzularınızı gözünüzdə canlandırmaq üçün ən ideal zamandır. “33-33” rəqəmini də qəbz, telefon nömrəsi və ya həyatınızdakı başqa yerlərdə görə bilərsiniz. Bu rəqəm yaradıcı düşüncə, dərin şəfqət, mənəvi əlaqələr, nizam-intizam və cəsarət ətrafında olan mövzularla əlaqələndirilir. Həmçinin də bu rəqəmin arxasında çoxlu ilahi enerji var. Yəni sizi haqq yolunuzda irəliyə aparır”.

DAHA ÇOX OXU

Cəmiyyət

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

07/06/2023 18:15
Cəmiyyət

Özlərinə problem yaradan BÜRCLƏR

07/06/2023 14:36
Cəmiyyət

Şimali Kiprin Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib – FOTO

07/06/2023 14:05
Cəmiyyət

5 nəfərin öldüyü dəhşətli qəzada maşından 6 min manat oğurlanıb – VİDEO

07/06/2023 13:15
1-MANŞET

Bu şəxslərin maaşı sentyabr ayından 35% ARTIRILACAQ – RƏSMİ

07/06/2023 11:40
Cəmiyyət

Bütün növ müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

07/06/2023 09:50
SON XƏBƏR

Zaur özünü tanınmaz hala saldı - Aparıcının illərdir öyrəşdiyimiz görünüşü TAMAMİLƏ DƏYİŞDİ - FOTO

Alişandan müxalifətə sərt sözlər: Ərdoğana sevgim böyükdür!

ABŞ-da azanla bağlı tarixi qərar

Xəbər lenti

Murad Dadaşovun bu halı görənləri təəccübləndirdi – FOTO

07/06/2023 20:31

Əliyev “bomba”nın fitilini çəkdi: Zəngəzurda Kreml-İrəvan savaşı başlayır

07/06/2023 20:22

İran qaz qovşağı yaradır- Bu ölkələri ətrafına toplayır

07/06/2023 18:30

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

07/06/2023 18:15

“Spokoynoy noçi, malışi”nin yaradıcısı vəfat edib

07/06/2023 17:55

Sosial şəbəkədən istifadə edənlərin NƏZƏRİNƏ! – 5 min manat CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

07/06/2023 17:30

Azərbaycanlı Amerikanın ən böyük kibertəhlükəsizlik konfrasında çıxış edəcək

07/06/2023 17:20

İyunun 11-də imtahan olacaq

07/06/2023 17:12

TƏCİLİ: Türkiyədə təyyarə qəzaya uğradı – Yaralılar var – FOTO

07/06/2023 16:51

Dünyada yalnız 20 nəfər bunu bacarır – Biri azərbaycanlıdır

07/06/2023 16:25

Sevgilisini siçovul zəhəri ilə öldürən kişinin məhkəmədəki çıxışı hakimləri ŞOKA SALDI

07/06/2023 16:21

Gənc qızı qayçı ilə girov götürən şəxsi belə zərərsizləşdirdilər – ANBAAN VİDEO

07/06/2023 16:10

Efiopiyalı qadın türk velosipedçini beysbol çubuğu ilə öldürüb cəsədini yandırdı – FOTO

07/06/2023 16:06

2 gənc mühafizəçini öldürdüyü üçün edam edildi – Son sözləri GÜNDƏM OLDU

07/06/2023 15:58

Sosial şəbəkədən istifadə edənlərin NƏZƏRİNƏ! – 5 min manat CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

07/06/2023 15:45

Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi

07/06/2023 15:21

İş adamı HƏBS EDİLDİ

07/06/2023 15:21

Gənc qadının idman zalında başına gələnlər – ANBAAN VİDEO

07/06/2023 15:04

Məşhur mahnıların bəstəkarı vəfat etdi

07/06/2023 14:40

Özlərinə problem yaradan BÜRCLƏR

07/06/2023 14:36

Şimali Kiprin Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib – FOTO

07/06/2023 14:05

Kriştiano Ronaldo bu sahəyə yönəldi -FANATLARI HEYRAN QALDI(VİDEO)

07/06/2023 13:36

Tanınmış şair: “Qəbirdə gecələdim, qorxudan şəkər oldum” – VİDEO

07/06/2023 13:32

Ziya Məmmədovun yaşayış binası sökülür?– VİDEO

07/06/2023 13:27

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.