“Latsio”nun hücumçusu Çiro İmmobile Romada ağır avtomobil qəzasına düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, İtaliya millisinin üzvünün idarə etdiyi “Land Rover” avtomobili kəsişmədə tramvaya çırpılıb. Zərbə güclü olub və maşının ön hissəsi tamamilə dağılıb. Tramvay da relsdən çıxıb.