Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunun məğzi və bu tətbiq ediləcək yeniliklərlə bağlı millət vəkili Vüqar Bayramov Referans.az-a danışıb.
“Torpaq Məcəlləsinə edilən yeni dəyişikliklərin əsas mahiyyəti yay və qış otlaq sahələrinin daha səmərəli istifadə olunması, eyni zamanda torpaqlarla bağlı məlumatların daha qısa zamanda reyestrdə öz əksini tapmasından ibarətdir. Bu bir tərəfdən otlaq sahələrinin daha məhsuldar və səmərəli şəkildə istifadə edilməsinə imkan verəcək, digər tərəfdən isə reyestr sisteminin təkmilləşdirilməsi, elektron informasiyalardan istifadə edilməsinə imkan verəcək. Bu da təbii ki, fermerlərin torpaq hüquqlarının qorunması aspektindən vacib hesab olunur. Yeni dəyişiklik fermerlərin daha yaxından dəstəklənməsi məqsədi daşıyır”.