İstanbulda dələduzluq hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, kiçik bizneslə məşğul olan F.Ç., ona zəng edərək özünü bank işçisi kimi təqdim edən şəxsə telefonuna gələn şifrəni deyib. Şifrəni alan fırıldaqçılar, zərərçəkənə məxsus 2 milyon lirəni şəxsi hesablarına göndəriblər.
Aldadıldığını başa düşən F.Ç. polisə müraciət edib. Qısa müddətdə polis tərəfindən tutularaq nəzarətə alınan 6 şübhəli ədliyyə orqanları tərəfindən həbs olunub.
Fərid Abbas
Medianews.az