25 yaşlı gənc anasını vəhşicəsinə qətlə yetirib.
Medianews.az xəbər verir ki, dünən saat 10:00 radələrində, Türkiyənin Ərzurum şəhərində dəhşətli hadisə baş verib. Belə ki, Ahmet Yavuz Koşebent adlı şəxs yatarkən anasının boğazını kəsib, atasını isə ağır yaralayıb.
Onun polis bölməsində verdiyi ifadə hər kəsi təəccübləndirib:
“Sabah yatdığım yerdə içimdən sirli bir səs ata, anamı öldürməyimi istədi. Səssizcə anamın otağına girdim, yuxuda ikən boğazını kəsdim. Qonşular olmasaydı atamı da öldürəcəkdim”.
Polis bölməsində dindirilməsi tamamlanan Ahmet Yavuz Köşebent, bugün təhlükəsizlik tədbiri ilə ədliyyəyə aparılıb. Şübhəli şəxs jurnalistlərin suallarını cavabsız qoyub.
Ağır xəsarətlərlə Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılan ata Nevzat Köşebent reanimasiya şöbəsinə yerləşdirilib. Onun müalicəsi davam edir. Oğlu tərəfindən öldürülən ana Serpil Köşebent, bugün Narmanlı məscidində qılınacaq cənazə namazından sonra Əsri qəbiristanlığında dəfn ediləcək.
Fərid Abbas
Medianews.az