Türkiyənin Balıkəsi şəhərində bir çayxanada iki qrup arasında çıxan davada həyatını itirən 20 yaşlı Rojhat Kaçmazın ölüm anları təhlükəsizlik kamerasına düşüb.
Medianews.az xəbər verir ki, görüntülərdə Rojhat Kaçmazın ov tüfəngi ilə vurulduğu anlar yer alıb.
Hadisənin ailəvi düşmənçilik ucbatından baş verdiyi bildirilir.
Medianews.az