Türkiyənin Ərzurum şəhərində anasını bıçaqla öldürən, atasını isə ağır yaralayan 25 yaşlı Ahmet Yavuz saxlanılıb.
Medianews.az xəbər verir ki, 25 yaşlı gəncin polisə verdiyi ilk ifadəsi hər kəsi şoka salıb.
“Anam və atamla əvvəl heç bir problemimiz yox idi. Səhər vaxtı içimdəki bir səs mənə valideynlərimi öldürməyimi söylədi”,-deyə Ahmet Yavuz bildirib.
Əlbəyaxa davada atasını dəfələrlə bıçaqlayan Ahmet Yavuz özü də əlindən yaralanıb. Ata Nevzat Köşebent qonşuya sığınaraq həyatını xilas edib. Bıçağı qonşuların əlindən alınan Ahmet Yavuz hadisə yerinə gələn polis tərəfindən nəzarətə götürülüb. Psixoloji problemləri olduğu öyrənilən şübhəli xəstəxanada müalicə olunduqdan sonra ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
Medianews.az