Pakistanın Kəraçi şəhərində fabrikdə yanğın baş verib.
Medianews.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərində fabrikdə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Qısa müddətdə alov böyüdükdən sonra fabrikin bəzi hissələri dağılıb, hadisə yerinə çoxlu yanğınsöndürən və ilk yardım qrupu göndərilib.
Xəsarət alanlar arasında 11 yanğınsöndürən və 2 mülki vətəndaşın olduğu, yaralıların müalicə olunmaq üçün xəstəxanaya aparıldığı bildirilib.
Medianews.az