Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 25 nəfər ölüb.
Medianews.az xəbər verir ki, Tunisdən İtaliyaya getmək istəyən mühacirlərin sayı hər keçən gün artır. Tunisin cənubundakı Sfaks şəhəri sahillərində mühacirlərin olduğu bir miqrant qayığı batıb.
Səlahiyyətli şəxslər, 110 immiqrantla birlikdə batan qayıqdan 76 nəfərin xilas edildiyini və 25 nəfərin həyatını itirdiyini açıqlayıb. Bölgədə itkin düşən 9 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2022-ci ilin eyni dövründə Tunisdən İtaliyaya gələn immiqrantların sayı 1300 ikən, bu ilin eyni dövründə bu rəqəm 12 minə yüksəlmişdir.
Medianews.az