Demet Özdemir və Oğuzhan Koçun evliliyi 8 ay davam etdi!
Medianews.az xəbər verir ki, keçən avqustda möhtəşəm toyla ailə quran aktrisa Demet Özdemir və Oğuzhan Koç boşanır.
Münasibətlərindəki problemləri həll edə bilməyən cütlük boşanmaq qərarına gəlib. Onlar bu barədə birgə paylaşım ediblər.
Qeyd edək ki, Özdemir bir müddət əvvəl həyat yoldaşı ilə birlikdə yaşadığı evdən əşyalarını götürərək subay ikən yaşadığı Zekeriyaköydəki villasına yerləşib. Həyat yoldaşından ayrılan Özdemir subay evində qalmağa qərar verib.
Fərid Abbas
Medianews.az