Son zamanlar şəxsi həyatında yaşadığı problemlərlə gündəmdən düşməyən Hadisə yenə də ənənəsinə sadiq qalmağı bacarıb.
Medianews.az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi İnstaqram hesabında yeni ifası haqqında paylaşım edib.
Hadisə sosial şəbəkə hesabında bu sözləri yazıb: “Bu mahnıya qədər mənimki dinləyənin anlamadığı, anlayacaq olanın duymadığı səssiz bir fəryad idi… Neçə dəfə inanmışam, neçə dəfə yanılmışam.. Ölmək istəyirdim, ölməsini istəyirdim. Ürəyimi qoparmaq istəyirdim. Hər dəfə sahilə vurmaqdan yorulub, qışqırıb ağlamaq istəyirdim… Bu mahnını ilk dəfə eşidəndə istədim ki, bu mahnı mənim və səssiz qışqırıqların fəryadı olsun…”.
Qeyd edək ki, müğənni yeni klipini 14 apreldə izləyicilərlə bölüşəcək.
Medianews.az